Qadin.NET / Qırğızıstanda dəhşətli xəstəlik aşkarlanan ərazidə karantin başa çatır

Qırğızıstanda dəhşətli xəstəlik aşkarlanan ərazidə karantin başa çatır

 

 


Qırğızıstanın İsık-Kul vilayətində bubon taunu aşkar edildiyi ərazidə karantin müddətin bu gün başa çatması gözlənilir. APA-nın məlumatına görə, xəstəliyin yayıldığı Ak-Suy rayonunda vəziyyət stabildir və epidemioloqların nəzarətindədir. Həkimlər bildirirlər ki, həmin zonada 162 şəxs yoxlanılıb, onlar həkimlərin nəzarətindədir və xəstəliyə yoluxmaya dair yeni faktlar aşkarlanmayıb. Hazırda həkimlər əhaliyə peyvənd vurur və digər profilaktik tədbirləri görür.
Qırğızıstan hökuməti isə yaydığı bəyanatda vurğulanıb ki, xəstəlik qonşu ölkələri üçün heç bir təhlükə törətmir, xəstəliyin epidemiyaya keçməsi ehtimalı yoxdur. Hökumətin bəyanatında həmçinin qeyd edilir ki, bəzi xarici KİV-lərdə ölkədə xəstəliklə bağlı yanlış və yoxlanılmamış məlumatlar yayılıb.
Qeyd edək ki, avqustun 22-də Qırğızıstanın İsık-Kul vilayətinin 15 yaşlı sakiniTemirbek İsakunovda bubon taunu xəstəliyi aşkarlanıb. Bir müddət sonra həmin şəxs vəfat edib. Xəstəliyin epidemiyaya keçəcəyindən ehtiyatlanan bəzi ölkələr öz vətəndaşların Qırğızıstana səyahət zamanı ehtiyatlı olmağa, taunun aşkarlandığı ərazilərə səfər etməməyə çağırıblar.

Mənbə: Milli.az

31 avqust 2013
GO BACK