Qadin.NET / İspanlardan Arda Turana sərt cəza

İspanlardan Arda Turana sərt cəza

 

 

İspaniya Futbol Federasiyası İntizam Komitəsi türkiyəli futbolçunu cəzalandırıb.  
Sportal.az xəbər verir ki, “Barselona” ilə keçirilən Superkubok matçında “Atletiko”nun futbolçusu Arda Turan hakimə narazılıq etdiyi üçün qırmızı vərəqə görüb. Bu vəziyyəti dəyərləndirən İntizam Komitəsi Ardanın hakimə qarşı qeyri-etik hərəkət etdiyini bildirib. 
Buna görə də Arda iki oyunluq cəza alıb. O, cari mövsümdə İspaniya Superkuboku uğrunda keçiriləcək iki matçı buraxmalı olacaq.
Mənbə6 Milli.az
31 avqust 2013
GO BACK