Qadin.NET / "Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər

"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər

 

 


"Nargis" jurnalı və Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər. 
Trend-in məlumatına görə, sentyabrın 13-də moda nümayişi və növbəti dəfə qapalı film nümayişi keçiriləcək. "Berqdorf Qudman: Bir əsrdən çox dəb olimpinin zirvəsində" filmi moda aləmindən bəhs edir və modasevərlərin çoxdan gözlədiyi filmdir.
Moda gecəsində "Jan" atelyesinin geyimləri nümayiş olunacaq. Geyimlər qırmızı printlər ilə ağ-qara işıq qammasında yaradılıb. Kolleksiyanın əsas printlərinin süjeti Leyla Əliyevanın (Heydər Əliyev Fondunun vitse-prezidenti) "Yarat" müasir incəsənət məkanı tərəfindən təşkil olunmuş "Fly to Baku" sərgi və ekspozisiyalarında təqdim olunmuş rəsmləri əsasında yaradılıb. Eyni zamanda, geyimləri nümayiş etdirən modellərin üzərində "Daprima" Jewellery-dən zinət əşyaları olacaq.
Bundan başqa, gecədə "Vorosha" brendi də öz geyimlərini nümayiş etdirəcək. Tədbirdə mügənni Diana Hacıyeva moda aləmindən bəhs edən mahnılar ifa edəcək, qonaqlar üçün furşet təşkil olunacaq və sonda "Berqdorf Qudman: Bir əsrdən çox dəb olimpinin zirvəsində" filmi nümayiş olunacaq. Tədbirə yalnız dəvət olunmuş şəxslər buraxılacaqlar.
Qonaqlar arasında ölkənin bir çox məşhur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər olacaq. Tədbir həmçinin, televiziya kanalları və çoxsaylı media nümayəndələri tərəfindən işıqlandırılacaq.
Moda gecəsinin platinum sponsoru luxury t-shirt istehsalçısı olan "Vorosha" brendidir. Qızıl sponsorlar "Qarant Sığorta", "Paşa Bank" və "Daprima" Jewellery. Tədbir həmçinin, "Jan" atelyesi, "28 Mall" və "Armani Water"ın sponsorluğu ilə keçirilir.
"Nargis" jurnalı ölkə və ölkədən kənar moda və incəsənətə tam yeni baxışlı bələdçidir. Jurnal oxuculara moda aləminin ən son tendensiyaları, mövsüm yenilikləri, afişa və incəsənət xəbərləri təqdim edir.
"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Mənbə: Milli.az

31 avqust 2013
GO BACK