Qadin.NET / İran "Bavər -373" havadan müdafiə sistemini sınaqdan keçirəcək

İran "Bavər -373" havadan müdafiə sistemini sınaqdan keçirəcək

 

 


Trend-in "MEHR" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.
İran rəsmiləri "Bavər-373" havadan müdafiə sisteminin Rusiyanın S-300 raket əleyhinə müdafiə sistemlərindən də güclü olduğunu deyirlər.
İsmaili bildirib ki, noyabr ayının əvvəlində "Vilayət səmasının müdafiəçiləri - 5" hava hücumundan müdafiə (HHM) təlimləri keçiriləcək.
O deyib ki, təlimlərdə yeni raket sistemləri, pilotsuz təyyarələr və hava hücumundan müdafiə sahəsində ən son nailiyyətlər sınaqdan keçiriləcək.
İsmaili deyib ki, İran yeni "Sepehr" radiolakasiya sistemini istehsal edib və yaxın zamanlarda həmin sistem quraşdırılacaq. Onun sözlərinə görə, bu radiolakasiya sistemi 2500 kilometr ərazini əhatə edir.
Qeyd edək ki, İranda son illər ərzində "Vilayət səmasının müdafiəçiləri" adlı HHM qüvvələrinin irimiqyaslı təlimləri keçirilir. İndiyədək dörd belə hərbi təlim İranın müxtəlif bölgələrində təşkil olunub.

Mənbə: Milli.az

31 avqust 2013
GO BACK