Qadin.NET / Azərbaycana payız havası gəlir

Azərbaycana payız havası gəlir

 

Azərbaycana payız havası gəlir


Sabah gecə və axşam Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəzlənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 1-də hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 1-də gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
Qeyd edək ki, sentyabrın 1-i axşamdan başlayaraq Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Avqustun 30-da Trend-ə bildirilmişdi ki, ümumilikdə sentyabrın birinci ongünlüyündə qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək. Sentyabrın 1-i axşam və 2-də Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək, sentyabrın 2-də temperatur aşağı enəcək və hava sərin keçəcək. Azərbaycan ərazisində ikinci soyuq hava dalğası sentyabrın birinci ongünlüyünün ikinci yarısında olacaq. Bu müddətdə hava daha da soyuyacaq və kəskin keçəcək.

 

Mənbə: Milli.az

31 avqust 2013
GO BACK