Qadin.NET / Misirdə növbəti toqquşma: onlarla ölü və yaralı var

Misirdə növbəti toqquşma: onlarla ölü və yaralı var

 

Misirdə növbəti toqquşma: onlarla ölü və yaralı var

 

Avqustun 30-da cümə namazından Misirdə devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları "Müsəlman Qardaşları" Hərəkatının çağırışı ilə paytaxt Qahirə və digər şəhərlərdə yenidən küçələrə çıxıb.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Məhəmməd Mursi tərəfdarları təhlükəsizlik qüvvələrinin aksiyaların dağıdılması üçün atəş açılacağı yönündə xəbərdarlığına məhəl qoymayıblar.

Qeyd edək ki, iki həftə əvvəl ordu Qahirənin Ədəviyyə və Nahda meydanlarında aksiya keçirən Məhəmməd Mursi tərəfdarlarını dağıtmaq üçün atəş açıb, yüzlərlə insan qətlə yetirilib. Aksiyalar dağıdıldıqdan sonra yaranan nisbi sakitliyin pozulmasında son günlər "Müsəlman Qardaşları" Hərəkatının liderlərinin həbsi əsas rol oynayıb.

Aksiyaçılar Məhəmməd Mursinin prezident postuna bərpası ilə bağlı şüarlar səsləndirib, ordunu şəhərləri tərk etməyə çağırıb, polisi quldur adlandırıblar. Təhlükəsizlik qüvvələri isə gözlənildiyi kimi aksiyalara sərt reaksiya verib. Misir Səhiyyə Nazirliyi ölkənin müxtəlif şəhərlərində baş verən toqquşmalar zamanı 6 nəfərin öldürüldüyü, 50 nəfərin yaralandığı barədə məlumat yayıb. Ancaq “Əl-Həyat” telekanalı Qahirə, İsgəndəriyyə, Süveyş, İsmailiyə və Port-Səid və digər şəhərlərdə 36 aksiya iştirakçısının öldürüldüyü barədə xəbər verib.

Mənbə: Lent.az

31 avqust 2013
GO BACK