Qadin.NET / Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir

Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir

 

Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir


"Elektron gündəlik" (e-gündəlik) layihəsi çərçivəsində şagirdlərin təhsili barədə valideynlərin SMS-bildirişlər vasitəsilə məlumatlandırılması xidməti "Elektron məktəb" (e-məktəb) layihəsinə daxil olan bütün ümumtəhsil məktəblərini əhatə edəcək. 
Bu barədə Trend-ə "Ultra" şirkətindən məlumat verilib.
Sistem inteqratoru kimi seçilən "Ultra" şirkəti layihənin reallaşdırılmasının texniki işlərini görəcək şirkət kimi seçilib.
"E-məktəb" layihəsinə qoşulan təhsil müəssisələrinin sayı 50-dir ki, onlardan da 49-u ümumtəhsil məktəbləridir.
Layihə Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan və İsmayıllıda yerləşən ümumtəhsil məktəblərində reallaşdırılır.
"E-gündəlik" layihəsi sosial xarakterli layihədir və respublikada təhsilin yaxşılaşdırılmasına yönəldilib.

 

Mənbə: Milli.az

31 avqust 2013
GO BACK