Huawei Technologies şirkəti 2020-ci ilədək 5G şəbəkələri üçün avadanlığın istehsalına başlamağı planlaşdırır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni 5G şəbəkələri hazırkı 4G şəbəkələrindən 100 dəfə daha sürətlə işləyəcəklər.
Huawei şirkətinin hazırkı baş direktoru Ken Hu bildirib ki, şirkət 4G avadanlıqlarının və servislərinin istehsalına 4G şəbəkələri Çində istifadəyə verilmədən xeyli öncə başlayıb. Hazırda Huawei şirkətinin ştatında yüzlərlə 4G texnologiyaları istiqamətində işləyən mühəndis var.
China Mobile şirkəti, mart ayında bildirib ki, bu ilin sonuna kimi ilk 4G şəbəkələrinin hissələrinin testləşdirilməsinə başlamaq niyyətindədir və eyni zamanda ilk kommersiya abunələrini qoşmaq niyyətindədir.
Huaweidə qeyd ediblər ki, bu gün dünyanın 75 ölkəsində 200-ə yaxın 4G şəbəkəsi var. Proqnozlara əsasən, 2018-ci ilədək dünya əhalisinin yarısına yaxın hissəsi 4G şəbəkələr zonasında yaşayacaq.
5G şəbəkələrinin qəbul edilməsi isə xüsusi tezlik diapazonunun mövcudluğunu tələb edir, bu da hər yerdə mümkün deyil. Lakin 5G şəbəkələri 10 GB sürətlə məlumatların ötürülməsini təmin edəcəklər, bu da 4G şəbəkələrindən 100 dəfə daha sürətlidir. Öz növbəsində, 4G şəbəkələri 3G şəbəkələrindən dörd dəfə daha sürətlidir.
Mənbə: Milli.Az