Qadin.NET / BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər

BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər

 

 


Suriyada kimyəvi silahdan istifadə edilməsi ilə bağlı araşdırmanı aparan mütəxəssislər ölkəni sabah tərk edəcəklər.
Milli.Az xəbər verir ki, APA-nın BMT saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Pan Gi Mun bildirib.
Onun sözlərinə görə, kimyəvi silahlar üzrə isveçli mütəxəssis Ake Selstromun rəhbərlik etdiyi missiya, hələ ki, işini davam etdirir. Ekspertlər işlərini cümə günü axşam saatlarında bitirməlidirlər: “Bundan sonra onlar mənə gördükləri işin nəticələrinə uyğun hesabat təqdim edəcəklər”.
P.Gi Mun bir daha xatırladıb ki, kimyəvi silahdan istifadə edilməsi insanlığa qarşı cinayət kimi təsnif olunacaq və günahkarlar məsuliyyət daşıyacaqlar.

 

Mənbə:Milli.az

30 avqust 2013
GO BACK