Qadin.NET / Bu il Azərbaycanda Əli ilə Ömərlərin sayı artıb

Bu il Azərbaycanda Əli ilə Ömərlərin sayı artıb

 

 


2013-cü ilin 8 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara ən çox verilən adlar məlum olub.
Milli.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlar arasında ən populyarı Yusif adı olub. Belə ki, 1872 oğlan uşağına bu ad verilib. Növbəti yerdə Əli (1310), Hüseyn (1216), Ömər (978) və digər adlar gəlir. Ən az qoyulan adlar isə Davud (125), Cahid (131) və İlkin (132) olub.
Qız adlarından isə ən çox qoyulan Zəhra adı olub. 1759 uşağa bu ad verilib. Digər yerləri isə Nuray (1513), Fatimə (1364), Ayan (1054) tutub.
Bu il ən az qoyulan qız adı isə Əsnad (93), Humay (94) və Əminə (94) olub.

 

Mənbə:Milli.az

30 avqust 2013
GO BACK