Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Horadiz Sərhəd dəstəsində Beyləqan və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib. Sakinlərin müraciət və şikayətləri dinlənilib.
Dövlət sərhəd xidmətinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı lazımi göstərişlər verilib. Səsləndirilən ictimai problemlərlə bağlı isə qeydiyyat aparılıb. Xidmətlə bağlı olmayan məsələlərin həllinə dair qısa müddət ərzində müvafiq qurumlara müraciət olunacağı bildirilib. Vətəndaşlar qəbuldan razı qaldıqlarını bildiriblər.
Mənbə: Milli.az