Dünyanın ən böyük başlı qızı sayılan balaca Runa Bequm ölüm təhlükəsindən qurtulub.
Xeyriyyəçilərin yardımları sayəsində toplanmış pullarla keçirilmiş unikal cərrahiyyə əməliyyatı nəticəsində onun başı normal həcmə gətirilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, nadir xəstəlik sayılan hidrosefaliyaya mübtəla olmuş Runa Bequmun başında 10 litr maye olduğundan o, zorla hərəkət edirdi.
Təcili cərrahiyyə əməliyyatı keçirilməsəydi, Runa öləcəkdi.
Hindistanın şimal-şərqindəki Qurqeon şəhəri yaxınlığındakı kiçik kənddə,Əbdül və Fatimə Bequmların ailəsində doğulmuş Runanın başı yaşıdlarından 3 dəfə böyük olduğundan həmin balaca qızın ömrünə cəmi bir neçə ay qaldığını deyirdilər.
Başının ölçüsü 94 sm-ə çatmış biçarə Runa gözlərini zorla yuma bilirdi.
Valideynlər həddən ziyadə yoxsul kəndlilərdir və təbii ki, onların çox bahalı cərrahiyyə əməliyyatı üçün gərəkən pulları yoxdu.
Belədə norveçli tələbələr Yonas Borhqrevink və Natali Krans xeyriyyə kampaniyasına başlayaraq cərrahiyyə əməliyyatı üçün 52 min dollar toplayıblar.
5 cərrahiyyə əməliyyatından sonra 15 aylıq Runanın başının ölçüsü 58 sm-ə qədər azalıb.
Əməliyyatların keçirildiyi Fortis Memorial Elmi-Tədqiqat İnstitutunun (Fortis Memorial Research Institute) neyrocərrahiyyə bölməsinin rəhbəri, doktorSandip Vayşyanın başçılıq etdiyi əməlyyatlar uğurla bitib.
Gündə cəmi 2 dollar qazanan Əbdul Bequm qızına yardım edən hər kəsə təşəkkür edib: "Kasıb adamam və qızımın xilası üçün pulum yoxdur. Media və xəstəxana işçilərinə, bizə kömək edən hər kəsə minnətdaram".
Mənbə: Milli.az