Qadin.NET / Azərbaycanda Milli Qəhrəmanlar və onların övladlarına xoş xəbər

Azərbaycanda Milli Qəhrəmanlar və onların övladlarına xoş xəbər

Azərbaycanda Milli Qəhrəmanlar və onların övladlarına xüsusi statuslar verilə bilər
Azərbaycanda yeni hazırlanan “Milli Qəhrəmanlar haqqında” qanunun parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu qanun “Veteranlar haqqında” qanun və “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamə əsasında hazırlanır.
Yeni qanunda Milli Qəhrəmanlara xüsusi statusların verilməsi nəzərdə tutulur. Xüsusi status həyatda olan Milli Qəhrəmanların sosial təminatının, imtiyazlarının, mənzil, iş yerləri, harada dəfn edilmələri, ictimai funksiyalarını əks etdirəcək. Buraya Azərbaycanda Milli Qəhrəman övladları ali təhsil xərclərindən azad olunması, onların özlərinin və yaxud övladlarının adına olan sahibkarlıq fəaliyyətinin xüsusi vergi güzəştlərinin tətbiq olunması da qanunda öz əksini tapır.
Hazırda Azərbaycanın 211 Milli Qəhrəmanından yalnız 17 nəfəri sağdır.
Mənbə: Milli.Az

30 avqust 2013
GO BACK