Qadin.NET / Azərbaycanda yeni televiziya yaradıldı

Azərbaycanda yeni televiziya yaradıldı

Azərbaycanın Təhsil Nazirliyi təhsil televiziyasının (Təhsil TV - tehsil.tv) yaradılması layihəsinin reallaşdırılması üzrə işləri başa çatdırıb. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Təhsil Sistemlərinin İnformatizasiyalaşdırılması İdarəsindən bilidiriblər.
İdarənin yeni layihəsi təhsil televiziya layihələri ilə tanış olmağın mümkün olduğu internet portalına əsaslanır. Portal təhsil prosesinin bütün iştirakçılarının - müəllimlər, tələbələr, informasiya texnologiyaları və s. sahəsindəki mütəxəssislərin bir yerə toplaşdıqları platforma kimi çıxış edir.
Layihənin əsas məqsədi əhalinin ölkədə həyata keçirilən təhsil proqramları, layihələr və ümumilikdə təhsil sahəsində baş verənlər barəsində məlumatlandırmaqdır.
Mənbə: Milli.Az

29 avqust 2013
GO BACK