Qadin.NET / Ana bətnində bunu da etdilər

Ana bətnində bunu da etdilər

Finlandiyadakı Helsinki Universitetinin alimləri ana bətnindəki körpənin eşitdiyi mahnıları və sözləri yadda saxladığını sübut ediblər.

Bətndəki dölün beyni tam formalaşmasa da, o, öyrənmək və yadda saxlamaq bacarığına malikdir.

Milli.Az AHT-yə istinadən bildirir ki, alimlər fin dilində mənası olmayan, 3 hecalı "tatata" sözünü dəfələrlə tələffüz edərək bətndəki dölün hafizəsini araşdırıblar.

Hamiləliyin 29-cu həftəsindən başlayaraq doğuşa qədər aparılan araşdırmada qadınların yanında yüzlərlə dəfə "tatata" kəlməsi söylənilib.

Doğuşdan sonra kəlmənin deyildiyi uşaqların beyin fəaliyyəti öyrənilib.

Məlum olub ki, ana bətnində olarkən dəfələrlə "tatata" kəlməsini eşitmiş uşaqların beyni bu sözə güclü reaksiya verib.

Kəlməni eşitməyən uşaqların beynində isə heç bir reaksiya olmayıb.

Fin alimlərin hesabatında bildirilir ki, hamilə qadınlar bətnlərindəki dölün eşitdiyi sözlərə reaksiya verdiyini bilməlidir.

Mənbə: Milli.Az

 

29 avqust 2013
GO BACK