Qadin.NET / Tovuz rayonunun içməli su problemi 95 faiz həll olunub

Tovuz rayonunun içməli su problemi 95 faiz həll olunub

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Tovuz rayonu əhalisinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə şəhərdə tutumu 2 min kubmetr, Dondar Quşçu kəndində isə 500 kubmetr olan su anbarları tikilib. Anbarla yanaşı, rayonda suyun tərkibini nəzarətdə saxlamaq üçün yeni laboratoriya da inşa edilib.
Su anbarı ilə yanaşı, müasir standartlara uyğun inzibati və xidməti binalar və laboratoriya da inşa edilib. Anbarın tikintisi ilə Tovuz rayonunun içməli su problemi 95 faiz həll olunub.
Geodeziya mühəndisi İsrail Hüseynov: “Nasosxana stansiyasında əlavə 5 artezian quraşdırılıb. Biz indi iki rezerv artezian quraşdırırıq. Burada iki anbar mövcuddur ki, onlar da 5000 kubmetr su tutumuna malikdirlər. Biz hər gün bu həcmdə suyla əhalini təmin edirik”.
Bildirək ki, Tovuz və rayonun Dondar Quşçu kəndindəki anbarların suyu içməlidir və hər gün laboratoriya tərəfindən nəzarətdə saxlanılır.
“Hazırda demək olar ki, Tovuz rayonunda su sistemi hazırdır. Bir sıra işlər qalıb ki, onları da yaxın günlərdə layihələndirəcəyik. Laboratoriyamız isə hər gün əhaliyə verilən suyu yoxlayır. Biz sakinlərə tam təmiz su veririk”.
Yaxın günlərdə rayonun kanalizasiya sistemində də yenilənmə işləri başlayacaq.
Onu da bildirək ki, içməli su anbarı ilə yanaşı, Tovuz rayonunda təsərrüfat işləri üçün də anbar inşa edilir.
Anbar bəndinin hündürlüyü 45 metrdir və hazırda bəndin 35 metri artıq inşa edilib. Anbar kənd təsərrüfatı obyektlərini suvarmaq üçün nəzərdə tutulub. Anbarın yaxınlığında iki körpü istifadəyə verilib. Onlardan biri 3, digəri isə 8 aşırımlıdır. Kompleksin ətrafında 7 kilometr yol asfaltlanıb, anbarın 650 qəza sütunu isə tam tikilib.
Mənbə: Milli.Az 

29 avqust 2013
GO BACK