Qadin.NET / Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir

Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir

Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir

Ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilən müsabiqədə uğur qazanan abituriyentlərin qeydiyyat müddəti bu gün başa çatır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. 
Əgər onlar bu gün qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək.Qeyd edək ki, ali məktəblərə qeydiyyat avqustun 20-dən başlayıb.

Mənbə: Milli.Az 

29 avqust 2013
GO BACK