Qadin.NET / Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə

Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə

Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə

Bu gündən 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olmuş abituriyentlərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatına başlanılıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Qeyd edək ki, 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 13 661 nəfər qəbul olub.

Mənbə: Milli.Az 

29 avqust 2013
GO BACK