Qadin.NET / Ehtiyatlı olun: Facebook-un 800 min istifadəçisi yeni virusun qurbanı oldu

Ehtiyatlı olun: Facebook-un 800 min istifadəçisi yeni virusun qurbanı oldu

 Ehtiyatlı olun: Facebook-un 800 min istifadəçisi yeni virusun qurbanı oldu

Facebook sosial şəbəkəsində yeni virus yayılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu virus özünü dostlar tərəfindən paylaşılmış video kimi təqdim edir. 
Hakerlərin bu fəaliyyətindən artıq 800 min sosial şəbəkə istifadəçisi əziyyət çəkib. 
Həmin videonu açmaq istəyəndə belə bir məlumat çıxır ki, videoya baxmaq üçün plagin yükləmək lazımdır. Plagin yüklənildikdən sonra bəd xassəli proqram təminatı kompüterə düşərək bütün informasiyaları götürür və lazımi yerlərə ötürür. 
Virusdan yaxa qurtarmaq elə də asan deyil. Virus çox sürətlə yayılır. Bir saat ərzində 40 min kompüterə hücum etmək imkanı var. 
Mənbə: Milli.Az


29 avqust 2013
GO BACK