Qadin.NET / Bakının mərkəzində yol kənarı sökülür

Bakının mərkəzində yol kənarı sökülür

Bakının mərkəzi hissəsində yol kənarında yerləşən tikililər sökülür. Milli.Az-ın məlumatına görə, Ceyhun Hacıbəyli küçəsi boyu yerləşən ev və obyektlər sökülməyə başlanıb. Artıq böyük bir ərazi sökülərək təmizlənib. 
Nərimanov rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, işlər Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-kommunal Təsərrüfat Departamenti tərəfindən aparılır.
BŞİH-dən Mili.Az-a bildirildi ki, həmin ərazidə abadlıq işləri aparılır. Bu səbəbdən ərazidəki xırda tikililər sökülür. Yolun genişləndirilməsi də nəzərdə tutulub.
Mənbə: Milli.Az 

29 avqust 2013
GO BACK