Qadin.NET / Günün ulduz falı - 29.08.2013

Günün ulduz falı - 29.08.2013

Qoç - gün ərzində hansısa real uğur əldə etmək çətindir. Lakin potensial tərəfdaşlarla əməkdaşlıq barədə razılaşmaya nail olmaq, müttəfiqlər tapmaq, yeni tanışlarda maraq yaratmaq mümkündür.
Ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək imkanını əldən verməyin. Belə "özünüreklam" bəzilərini qıcıqlandıra bilər. Olsun, əsas məsələ səylərinizin nəticə verməsidir.
Günün ikinci yarısında gəlir əldə edə bilərsiniz. Əks cins mənsubu ilə asanlıqla dil tapacaqsınız.
Diqqətli və soyuqqanlı olun. Sizi təxribatia çəkməyə, ümidsiz işdə iştiraka cəlb etməyə çalışacaqlar.
Fırıldaqçıların hiyləgər maxinasiyalarına aldanmayın. Onlar sizin etibarınızdan sui-istifadə etməyə can atırlar. Maliyyə və əmlak məsələlərində ifrat dərəcədə ehtiyatlı olun.
Günün ikinci yarısı əks cins mənsubu ilə ünsiyyət üçün əlverişli zamandır.
Yaşlı qohumlarla təmaslarda diqqətli olun. Onlar yaxşı məsləhətlə yanaşı, ehtiyac duyduğunuz emosional dəstəyi də verə bilərlər.
 
Əkizlər - uzunmüddətli planlaşdırma üçün əlverişli zamandır. İllüziyalara qapılmayın, qüvvə və imkanlarınızı normal dəyərləndirin. İnadkar və qətiyyətli olun. Yaxın ətrafınızdakı insanlarla bağlı yanlış təsəvvürlərinizə aldanmayın.
Əzmli olsanız, sərfəli anlaşamaya, müqaviləyə nail olmaq, nüfuzlu şəxslər arasında hami tapmaq və çalışdığınızı kollektivdə irəliləmək imkanlarınız var.
Uğur dərhal gəlməyəcək. Məqsədə çatmaq üçün səylər göstərmək gərəkdir.
Evdə və çalışdığınız yerdə işlər çoxdur. Amma axşam saatlarında istirahət üçün mütləq zaman tapın.
Kosmetik vasitələr və prosedurlarla eksperimentlər aparmayın. Yoxlanmış variantlara üstünlük verin.
 
Xərçəng - xoşagəlməz fikirlər çulğaşır. Ruhdan düşməyin, bədbinləşməyin.
İstənilən problemi dostlarla müzakirə etmək olar. Sizi anlayacaq, dəstəkləyəcək, yaxşı məsləhət verəcəklər.
Əsas məsələ çətinlikləri dəf etmək üçün zəruri enerjiyə yiyələnməkdir. Bu gün önəm daşıyan xırdalıqları qulaqardına vurmayın.
Məhsuldar fəaliyyət üçün zəruri fəaliyyət ortamı gərəkdir. Bütün gərəkli avadanlıq və alətlərin əl altında olmasına fikir verin.
Ötənlərdə baş vermiş hadisələri təhlil edin səhvlərinizi xatırlayın. Özünütənqidə həddən ziyadə qapılmayın. Tərif və şirin vədlərə aldanmayın.
 
Şir - yaxın ətrafınızdakı insanların dediklərinə diqqətlə qulaq assanız, ünsiyyətdə problemlər yaranmayacaq.
Əks cins mənsubu ilə təmaslarda diqqətli olun. Yaxın gələcəkdə yaşamınızda mühüm rol oynaya biləcək dostluq əlaqələri yarana bilər.
Şəxsi münasibətlərdə dönüş və ya yenilik üçün əlverişli gün deyil. Problemlərdən qurtulmaq mümkün deyil.
Günün ikinci yarısı işgüzar ünsiyyət, qeyri-rəsmi şəraitdə danışıqlar üçün yaxşıdır.
Yeni tanışlarınızla rəsmiyyətçi olmayın. Xarici görünüşünüzə fikir verin.
 
Qız - günün ilk yarısı yetərincə uğurlu deyil. Hər xırdalığa sərt reaksiya verməyin, kiçik anlaşılmazlıqları ürəyinizə salmayın.
Sizə səmimi-qəlbdən yardım etməyə çalışan insanlara sinirlənməyin.
Mühüm məsələlərin müzakirəsi, işdə rəhbərlik, özəl fəaliyyətdə isə nüfuzlu şəxslərlə görüş üçün əlverişli gün deyil.
Sövdələşmə və anlaşmalarda qəfil çətinliklər yarana bilər.
Günün ikinci yarısı daha uğurludur. Sakit ünsiyyət, yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail ola biləcəyiniz zamandır.
Qiymətli hədiyyə, sürpriz istisna deyil.
 
Tərəzi - maliyyə baxımından uğurlu gün deyil. Alış-verişə can atmayın.
Anlaşmaların dərhal gəlir gətirməyə başlayacağını düşünməyin. Gözlənilməz problemlər peşəkar fəaliyyət müstəvisində planların reallaşdırılmasına maneələr yarada bilər.
Tərəfdaşınızla mübahisə etməyin, əks təqdirdə sərfəli əməkdaşlıq alınmayacaq.
Tapşırıq və sifarişlərin yerinə yetirilməsinə məsuliyyətlə yanaşın. Ən kiçik səhvizini dərhal görəcəklər.
Şəxsi münasibətlərdə problemlər yaranmayacaq.
Sevdiyiniz insanla mübahisə etməyin, münaqişə yaranarsa, dərhal qarşısını alın. Dartışmalı situasiyaya yumorla yanaşma yaşlı qohumlarla təmaslarda dadınıza çatacaq.
 
Əqrəb - pozitiv təmayüllərin təsiri güclü olduğundan gün uğurludur. Qüvvə və imkanlarınızdan bədgüman olun. Yaxın ətrafınızdakı insanlar da potensialınıza şübhə etmirlər. Perspektiv əməkdaşlıq, birgə fəaliyyət, gəlir əldə etməyə yönəlmiş səylər üçün əlverişli gündür.
Anlaşma, öhdəlik, əmək müqaviləsi imzalamaq olar.
Fikir və hisslərinizi qaydaya salın. Yalnız sakitləşəndən sonra gələcəklə bağlı planı müəyyənləşdirin.
Ciddi nümayişlər yaranmayacaq. Amma pul və maliyyə məsələlərinə görə evdə mübahisə ola bilər.
 
Oxatan - uğur vəd edən gündür. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz.
Bir şərtlə ki, soyuqqanlı və təmkinli davranaraq qarşınızdakı məqsədi dəqiq biləsiniz. Sizin qədər aktiv və enerjili olmayan tanışlar, həmkarlar və ya tərəfdaşlar paxıllıq hissi keçirə bilərlər. Amma təhlükəli düşmən fəaliyyətə başlamayacaq.
Dedi-qodu və şayiələrdən isə çəkinməyin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər.
Təmaslarda harmoniya artır, romantik çalarlar peyda olur.
Axşam saatlarında dəniz sahilində istirahət daha məsləhətlidir.
 
Oğlaq - maliyyə problemləri yarana bilər. Faydalı anlaşma və sərfəli alışlara bel bağlamayın.
Gözlədiyiniz məbləğ bu gün əldə olunmayacaq. Peşəkar fəaliyyət müstəvisindəki ciddi məsələlər həllini tələb edir. Müttəfiq və tərəfdaşlardan gözlədiyiniz yardımları ala bilməyəcəksiniz.
Çətin situasiyaya düşəndə daxili imkanlarınızdan və potensialınızdan bəhrələnin.
Belədə problemləri çözə bilərsiniz.
Günün ikinci saatlarında yalnız özünüzə güvənin, qüvvə və imkanlarınızı olduğundan artıq saymayın. Sizə qarşı xoş niyyətdə olmayan insanlar yaşamınıza müdaxilə etməyə çalışacaqlar.
 
Dolça - öz maraqlarınızı hər şeydən üstün tutaraq sizə inanan insanların mənafelərini unutmayın.
Güzəştə getməyi bacarın. Ətrafınızdakı insanlar sizi təşəxxüslü, eqoist, təkəbbürlü insan saymasınlar. İşdə rəhbərliklə fikir ayrılığı, həmkarlarla münaqişə və ya mübahisə istisna deyil.
Alış-verişdə, pul xərcləyəndə qənaətcil olun. Bu gün mütləq və gərəkli saydığınız xərclər az sonra sizə məntiqsiz təsir bağışlaya bilər.
Çox sevdiyiniz insanlarla münasibətlərdə çətinliklərin yaranmasına imkan verməyin.
Axşam saatlarında normal istirahət edin.
 
Balıqlar - məqsədə çatmaq üçün bütün vasitələri işə salaraq səylə çalışın.
Yolunuzda yaranan maneələri qətiyyətlə dəf edin. İşgüzar məsələlərin müzakirəsi üçün əlverişli zamandır.
Yeni əməkdaşlığa başlamağa tələsməyin. Az sonra daha sərfəli şərtlərə nail olmağınıza imkan verəcək xəbər və ya informasiya alacaqsınız.
Günün ikinci yarısı təmir, evdə və ya mənzildə yerdəyişmə, məişət və ya interyer əşyaları almaq üçün sərfəlidir.
Axşam saatlarını evdə keçirin.
Yorğun olsanız, sakit istirahət qüvvələrinizi bərpa edəcək.
Mənbə: Milli.Az
29 avqust 2013
GO BACK