Qadin.NET / Müəllimlərin sertifikasiyadan keçirilməsi müzakirə edilir

Müəllimlərin sertifikasiyadan keçirilməsi müzakirə edilir

 Müəllimlərin sertifikasiyadan keçirilməsi müzakirə edilir

Təhsil Nazirliyi müəllimlərin sertifikasiyadan keçirilməsini müzakirə edir
Təhsil naziri Mikayıl Cabbarov "facebook" səhifəsində ona ünvanlanan sualları cavablandırarkən bildirib ki, nazirlik müəllimlərin ixtisasartırma kurslarının təşkili, müəllimlərin sertifikasiyası, müəllimlərin ixtisasartırılması məsələlərinin hər birini nəzərdən keçirir: "Bütün bunların mərkəzində təhsilin keyfiyyətinin artırılması dayanır. Müəllimlərin biliyinin təkmilləşdirilməsi hər zaman bizim diqqət mərkəzində olmalıdır və olacaq. Attestasiya məsələsinə gəldikdə, bunu nəzərdə saxlamaq mühümdür ki, attestasiya attestasiya xatirinə keçirilmir.
Biz buna təhsilin keyfiyyəti prizmasından baxmaq istəyirik. Bu nöqteyi-nəzərdən müəllimlərin bilik səviyyələrinin müəyyənləşdirilməsi, təbii ki, bizim üçün çox mühümdür. Sirr deyil ki, bu gün təhsilin keyfiyyəti bizi tam qane edən səviyyədə deyil".Nazirin sözlərinə görə, məzunların göstəriciləri, həm bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üçün kecirilən imtahanlar onu göstəriri ki, müəllimlərin səviyyəsi qaneedici deyil
Mənbə: Milli.Az  
28 avqust 2013
GO BACK