Yaxın iki gün ərzində Bakıda havanın temperaturu 34 dərəcədən yüksək olmayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.Avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12 metr sürəti ilə əsəcək. Gündüz çənub-şərq küləyi 8-13 m/san sürəti ilə əsəcək.Havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacaqYaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir.Aran rayonlarında havanın temperaturu gündüz gecə 21-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
Mənbə: Milli.Az