Qadin.NET / Bakıda daha bir yolun yenidən qurulmasına başlanıldı

Bakıda daha bir yolun yenidən qurulmasına başlanıldı

 Bakıda daha bir yolun yenidən qurulmasına başlanıldı

Bakıda Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb
Bu barədə Trend  Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, yenidənqurma işlərinə başlanılan mövcud yolun uzunluğu 9 km, eni isə 7 m təşkil etməklə iki hərəkət zolağından ibarətdir. Layihə üzrə yolun 4 hərəkət zolağına uyğun yenidən qurulması nəzərdə tutulur.
Mətbuat xidməti rəhbəri qeyd edib ki, hazırda ərazidə işlər sürətlə davam edir. İşlərin bu ilin payız aylarında yekunlaşdırılması planlaşdırılır.
Mənbə: Milli.Az 

27 avqust 2013
GO BACK