Bakı şəhərinin mərkəzində yerləşən piyada keçidi zibilxanaya dönüb. Milli.Az-ın məlumatına görə, İstiqlaliyyət küçəsində, metronun “İçəri şəhər” stansiyasının qarşısında yerləşən keçiddə zibil əlindən tərpənmək olmur. Keçidin pilləkənlərinə toplanan zibil bütün əraziyə yayılır. Keçid gün ərzində bir dəfə təmizlənsə də, bu bəs eləmir, ərazi çirklənir, zibil qabları dolub daşır.
Ərazinin təmizliyi ilə məşğul olan Səbail rayonu, 46 saylı Mənzil İstismar Sahəsinin rəhbəri İsa Həsənov Milli.Az-a açıqlamasında bildirdi ki, həmin keçid onun ərazisi olsa da, təmizlik işlərinə başqa qurum cababdehdir.
Məsələ ilə bağlı “Azəryolservis” ASC-dən məlumat əldə etmək mümkün olmadı.
Mənbə: Milli.Az