Qadin.NET / Pirallahı ilə Abşeronu yeni körpü birləşdirəcək

Pirallahı ilə Abşeronu yeni körpü birləşdirəcək

Pirallahı adası ilə Abşeron yarımadasını birləşdirəcək yeni körpünün tikintisi davam etdirilir. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Pirallahı Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Məlumata əsasən, körpünün uzunluğu 710, uzunluğu isə 14 metrdir. Körpü bu ilin sonuna qədər istifadəyə veriləcək.
Obyekt Azərbaycan Nəqliyyat Nazirliyinin sifarişi ilə "EVRASCON" şirkəti tərəfindən inşa edilir. 
Körpünün inşasından sonra altdakı yol söküləcək və yeni dəniz nəqliyyatı qurulacaq.
Digər məlumata görə isə, Qala qəsəbəsindən Pirallahı adasına uzunluğu 35 km olan yol çəkilir. Yolun əksər hissəsinə artıq asfalt-beton örtüyü çəkilib. 
Mənbə: Milli.Az  

27 avqust 2013
GO BACK