Azərbaycanda uzun müddətdir müzakirəsi ləngiyən “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınıb.
Bu barədə APA-ya açıqlamasında parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
O qeyd edib ki, artıq layihə ətrafında bütün problemlər həll olunub və sessiyanın ilk günlərində komitə müzakirə edərək parlamentin plenar iclasına tövsiyə edəcək: “Layihə əsasən həkimlər və pasiyentlər arasında münasibətləri tənzimləyəcək”. Qanunda həkimlərin səhvlərinə görə inzibati və məhkəmə məsuliyyəti öz əksini tapacaq. Layihədə pasiyentlərin informasiya əldə etmək hüququ da nəzərdə tutulacaq, xəstələrin razılığı olmadan hansısa müalicə üsullarından istifadə qadağan ediləcək.
Mənbə: Milli.Az