Qadin.NET / Taekvondoçumuz ermənini yerə vurub Avropa çempionu oldu

Taekvondoçumuz ermənini yerə vurub Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmə taekvondoçuların Avropa birinciliyinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışın son gününü də qızıl medalla başa vurub.
Belə ki, millimizin üzvü Əliəsgər Əliyev (61 kq) yarımfinalda erməni Qagik Geqhamyanı mübarizədən kənarlaşdırıb. O, düşmən ölkə idmançısına 5:4 hesabı ilə qalib gəlib. Finalda isə Martinez Saez Alvaro (İspaniya) həmyerlimiz önündə aciz qalıb - 13:10.
Beləliklə, yığmamız Avropa birinciliyini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Millimiz komanda hesabında Rusiyadan sonra ikinci yeri tutub.
Qeyd edək ki, Əliyevdən öncə Nicat Əsgərli (57 kq) 1-ci, Ümid Məmmədov(33 kq) 2-ci, Sevda Pirseyidova (29 kq) və Nərgiz Mirzəyeva (33 kq) 3-cü olmuşdu. 
Mənbə: Milli.Az

26 avqust 2013
GO BACK