Qadin.NET / Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb

Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb

Bu günə qədər Azərbaycanda yeni virusa yoluxan iribuynuzlu mal-qaranın təxminən 95 faizi müalicə kursu keçib və tamamilə sağalıb
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bildirilib.
Bunyavirus xəstəliyi üç virusun (Akabane, Şamonda və Aina) birləşməsidir. Xəstəlik-transmissivdir, yəni törədici mikroblar, həşəratlar və gənələr vasitəsilə ötürülür.
Azərbaycanda ilk yoluxma halı 28 iyul 2013-cü ildə qeydə alınıb.
Daha əvvəl Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bildirib: "Yeni virusun əsas simptomları mal-qaranın ümumi vəziyyətinin pisləşməsi, hərarətin yüksəlməsi və ölü bala doğmaqdır. Ümumilikdə bu, məhsuldarlığın kəskin düşməsi ilə nəticələnir. Virusa yoluxan yeddi baş mal-qaranın ölüm faktı qeydə alınıb. Lakin xəstəlik özü bilavasitə ölümlə nəticələnmir. Bütün bu heyvanlar digər xəstəliklərdən də əziyyət çəkirdilər".
Mənbə: Milli.Az

26 avqust 2013
GO BACK