İtaliyada yayılan quş qripi Azərbaycan üçün təhlükə törətmirBu barədə bazar ertəsi Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsindən bildirilib:
"Azərbaycan quş əti və quşdan hazırlanan məhsulları yalnız Türkiyə, ABŞ, Braziliya, damazlıq yumurtanı isə İran, Türkiyə və Bolqarıstandan idxal edir. Ona görə də İtaliyada yayılan quş qripi virusu Azərbaycan üçün heç bir təhlükə törətmir".
Baytarlıq Xidməti artıq Beynəlxalq Epizootik Bürodan bu virus barədə, o cümlədən onunla mübarizə üzrə təlimatlar əldə edib.
Mənbə: Milli.Az