Qadin.NET / Xərçəngə qarşı "əyləc"

Xərçəngə qarşı "əyləc"

İmmunitetin tarazlığını pozmaqla xərçəng xəstəliyinin inkişafını ləngitmək olar.
Milli.Az medinfo-ya istinadən bildirir ki, normal halda immunitet orqanizmə kənardan daxil olan agentlərə hücum edir. Heyvanlar üzərində aparılan tədqiqat belə nəticəyə gəlməyə əsas verib ki, normadan kənara çıxmanın müsbət cəhətləri ola bilər. Balansı pozmaqla yeni xərçəng əleyhinə vasitələr əldə etmək olar.
Prinsipcə, autoimmun xəstəliklərində (diabet, dağınıq skleroz) immun sistemi "sahibin" əleyhinə işləyir. Hazırda Treq-hüceyrələri xərçəng və autoimmun xəstəlikləri nöqteyi-nəzərindən öyrənilir. Bu hüceyrələr immunitetə bədənin sağlam toxumalarına hücum etməyə icazə vermir. Əgər bu "əyləclər" aradan qaldırılsa, o zaman xərçəng hüceyrələrinin inkişafını dayandırmaq olar.
Mütəxəssislər Treq-hüceyrələrin normal fəaliyyəti üçün gərəkli birləşmələri olmayan yeni siçanlar əldə ediblər. Bundan sonra onlar adi siçanların orqanizmində analoji şərtlər yaradan preparatı sınaqdan keçiriblər. Hər iki halda ağciyərlərin xərçəngi yavaşımağa başlayıb. Yaxınlarda belə manipulyasiyaları insan immuniteti ilə aparmağın mümkünlüyü yoxlanılacaq.
Mənbə: Milli.Az 

26 avqust 2013
GO BACK