Adətən deyirlər, filankəsi siqaret "qurudub". Əslində elə deyil: tənbəkidən asılılıq çəkinin artmasına səbəb olur.
Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, siqareti tərgitdikdən sonra təxminən 3 il ərzində kişilər 2,8 kq, qadınlar isə 3,8 kq artıq çəki alırlar. Keçmiş siqaret həvəskarlarının 10%-ni 13 kq əlavə çəki haqlayır. Amma 7-8 il sonra çəki əvvəlki halına qayıdır.
Siqareti atandan sonra insanın niyə kökəldiyini alimlər hələ də tapa bilmirlər. Üstəlik, bundan qaçmaq da mümkün deyil.
Kioto tibb mərkəzindən Kodzi Xaseqava həmkarları ilə birlikdə 3 ay ərzində 186 insanı (22-81 yaş arası 132 kşi və 54 qadın) müşahidə ediblər. Onların hamısı siqareti tərgitdikdən sonra xüsusi terapiya kursu keçirdilər.
Ümumilikdə mütəxəssislər keçmiş siqaret həvəskarlarının psixi durumları, qanlarının tərkibi və nikotindən asılılıq dərəcəsini analiz ediblər (gündə çəkilən siqaretlərin sayına görə Fagerstrem testi üzrə). Bu zaman müəyyən olub ki, nikotindən asılılıqla artıq çəki arasındakı əlaqə düz mütənasibdir.
Nikotindən az asılı olan adamlar (Fagerstrem testi üzrə 5 baldan aşağı) əvvəlki çəkilərinin 0,3%-i qədər kilo alırdılar. Bu test üzrə 10 bal və daha yuxarı toplayanlar isə əvvəlki çəkilərinin 3,4%-i qədər kilo alırdılar. Yəni, nəhayətdə ekspertlər belə nəticəyə gəldilər ki, insan nikotindən nə qədər asılıdırsa, çəkisi də bir elə sürətlə artır.
Mənbə: Milli.Az