Qadin.NET / Qəbələdə keçirilən mürəbbə festivalının qalibi müəyən olunub

Qəbələdə keçirilən mürəbbə festivalının qalibi müəyən olunub

 Qəbələdə keçirilən mürəbbə festivalının qalibi müəyən olunub

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, tədbirin 2-ci hissəsində münsiflər heyətinin qərarına əsasən, festivalda Ucar sakini Bəsirə Abbasova ən yaxşı ərik mürəbbəsi bişirdiyi üçün 93.6 xalla qalib elan olunub və 500 manat pul mükafatına layiq görülüb. 
Qəbələ komandası ən yaxşı gül mürəbbəsinə görə 300 manat, Oğuz komandası gavalı mürəbbəsinə görə 200 manat qazanıb. 
Qeyd edək ki, avqustun 24-25-də Qəbələdə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyəti birgə, milli kulinariyanın təbliği məqsədilə ilk dəfə olaraq birinci Qəbələ mürəbbə festivalı keçirib. Festivalla bağlı 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. 
Komitənin təkliflərinə əsasən, 11 nəfərdən ibarət münsiflər heyətinin üzvləri qiymətləndirmədə iştirak ediblər. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil ediliblər. 
Festivalda Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarından 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, həmin şəhər və rayonların bədii kollektivləri iştirak ediblər. Qaydalara əsasən, hər iştirakçı 1 mürəbbə növü ilə yarışa qatıla bilib.
Mənbə: Milli.Az 

25 avqust 2013
GO BACK