Sabah havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, avqustun 26-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.
Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Avqustun 26-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq
Mənbə: Milli.Az