Qadin.NET / Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur

Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur

 Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur

Nəsirəddin Tusinin "Əsasül-iqtibas" adlı məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən 3 ildir həyata keçirilən tərcümə işləri yekunlaşmaq üzrədir. Əsərin doğma dilimizdə nəşri bu ilin sonuna nəzərdə tutulur. Tərcüməçisi institutun baş laborantı Şahin Yəhya, elmi redaktoru isə Cəbr və riyazi məntiq şöbəsinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əli Babayevdir.
Ə.Babayev bildirib ki, əsər fars dilində 600 səhifədən ibarətdir. Məntiq və fəlsəfə ixtisası üzrə təhsil alanlar əsərin Azərbaycan dilindən ali məntiq dərsliyi kimi istifadə edə biləcəklər.
Xatırladaq ki, "Əsasül-iqtibas" "Şeyxur-rəis" təxəllüslü Əbu Əli ibn Sinanın "Şifa" adlı kitabından sonra yazılmış məntiq üzrə ən mükəmməl kitab hesab edilir.
Mənbə: Trend.az 

25 avqust 2013
GO BACK