Qadin.NET / Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib

Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib

Amerikanın “Apple” şirkəti çoxdan bəri öz yenilikləri haqqında informasiyanın KİV-ə “təsadüfi” sızdırılması ilə məşhurdur. Kafedə gözlənilmədən "unudulmuş" “iPhone” prototipini xatırlamaq kifayətdir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, indi də Rumıniyanın “Mobilissimo.ro” saytı ona yerli riteylər tərəfindən göndərilmiş “iPhone 5S” smartfonunun yeni "büdcə"yə uyğun modelinin press-fotosunu dərc edib.
Onlayn nəşrin məlumatına əsasən, cihaz 8 meqapiksellik kamera, 8 və ya 16 qiqabayt daxili yaddaş və “Lightning” konnektoru ilə təchiz ediləcək. Fotoşəklə əsasən qeyd etmək olar ki, aparat “iOS 7” əməliyyat sistemi ilə işləyəcək. Büdcəyə uyğun versiyanın korpusu plastikdən hazırlanacaq.
Mənbə: Milli.Az

24 avqust 2013
GO BACK