Qadin.NET / Tıxaclar telefonda

Tıxaclar telefonda

"Android" və "iOS" əməliyyat sistemli mobil qurğular üçün "Google Maps" mobil əlavə istifadəçiləri indi "Waze" sosial naviqasiya əlavəsinin məlumatlarından yararlana biləcəklər.

"Google Maps" rəsmi bloqunun məlumatına görə, şirkət "Waze"in məlumatlarını öz xəritəsi ilə inteqrasiya etmək qərarına gəlib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, indi "Google" xəritələrindən yararlanan istifadəçilər real vaxt rejimində tıxac, hərəkətin dayanması, yol işləri və yol nəqliyyat hadisələri haqqında "Waze" istifadəçiləri tərəfindən əlavə olunan məlumatları görə bilmək imkanı əldə ediblər.
"Google"un mobil versiya xəritələrindəki yeni məlumatlardan ABŞ, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya, eləcə də bəzi Cənubi Amerika ölkələrinin istifadəçiləri yararlana biləcəklər.
Qeyd edək ki, mənzil-qərargahı İsraildə yerləşən "Waze" servisi "Android", "iOS" və "Windows Phone" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon sahiblərinə real vaxt rejimində avtomobil yollarında vəziyyəti izləməyə və bundan asılı olaraq təyinat məntəqəsinə marşrutu müəyyənləşdirməyə imkan verir.
Cari ilin iyununda "Google" tərəfindən 1 milyard dollara satın alınan servisin xidmətlərindən daima dünyada ümumilikdə təxminən 50 milyon istifadəçi yararlanır.
Mənbə: Milli.Az

23 avqust 2013
GO BACK