Azərbaycanda şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artaraq 180 minə çatıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.
Nazir bildirib ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə bunların sayı 46-yə çatdırılıb. Görülən tədbirlər nəticəsində onkoloji xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 62,1-dən 59-a enib.
Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 27, o cümlədən regionlarda 20 mərkəzdə 2000-dən artıq xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.
Mənbə: Milli.Az