Qadin.NET / Azərbaycanda rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac va

Azərbaycanda rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac va

 Azərbaycanda rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac va

Növbəti dərs ilinə Azərbaycanın ümumtəhsil məktəblərində təlim rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac müəyyənləşdirilib
Bu barədə Trend Təhsil Nazirliyinin saytına istinadən məlumat verir.
Məlumata görə, təlim rus dilində olan məktəblərin kadr təminatı müəllimlərin işə qəbulu üzrə ümumi müsabiqə çərçivəsində həyata keçirilir. Müsabiqənin nəticələrinə görə, həmin vakant yerlərə müəllimlərin işə qəbul olunacağı ehtimal edilir.
Məlumatda qeyd olunub ki, ölkə üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 1-i Naxçıvan şəhərində, 3-ü Balakən, 3-ü Qəbələ, 2-si Quba, 2-si Qusar, 1-i Qax, 1-i Zaqatala, 1-i Goranboy, 1-i Xaçmaz rayonundadır. Həmin ümumtəhsil məktəblərində cəmi 3582 şagird təhsil alır. Respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır.
Bu məktəblərin rus bölmələrində təhsil alan şagirdlərin cəmi sayı 82535 nəfərdir. Ağsu, Yardımlı, Lerik, Xızı, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl, Şuşa rayonlarında rus bölməsi olan məktəblər yoxdur. Respublikanın qalan bütün şəhər və rayonlarında rus bölməsi olan məktəblər fəaliyyət göstərir.
Ali təhsil müəssisələrinin, demək olar ki, bütün fakültələrində rus bölməsində təhsil alan tələbələr vardır.
Mənbə: Milli.Az 

23 avqust 2013
GO BACK