Qadin.NET / Bakıda ağaclar yeni tikilən binanın güdazına gedə bilər

Bakıda ağaclar yeni tikilən binanın güdazına gedə bilər

 Bakıda ağaclar yeni tikilən binanın güdazına gedə bilər

Bakının Yasamal rayonunda yaşıllıq təhlükə altında qalıb. Hüseyn Cavid prospekti, 2-ci Nərimanov döngəsi, 558-ci məhəllədə yaşayan sakinlər Milli.Az-a bildiriblər ki, yaxınlıqda yeni bina inşa olunub istifadəyə verilmək üzrədir. Ona görə də binanın qarşısındakı yol genişləndirilir. Artıq ərazidəki avtomobil qarajları və hasarlanmış bağ sahələri sökülüb. Növbə yolun genişləndirilməsinə mane olan iri ağaclara çatıb: "Xahiş edirik, ağacların kəsilməsinin qarşısını almaqda sakinlərə köməklik edilsin".
Yasamal Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin baş məsləhətçisiRafiq Məmmədov Milli.Az-a açıqlamasında bildirdi iki, həmin ərazidə abadlıq işləri aparılır. Ağacların kəsilməsindən söhbət gedə bilməz. Əgər elə bir iş olsa da, ağaclar kəsilmədən başqa əraziyə köçürüləcək.
Baş məsləhətçinin sözlərinə görə, həmin ərazidə olan bütün xırda evlər söküləcək, hasarlanmış ərazi abadlaşdırılacaq: “Sakinlərin hansısa şikayəti varsa, Yasamal Rayon İcra Hakimiyyətinə müraciət eləsinlər. Abadlıq işləri layihəyə uyğun aparılır”
Mənbə: Milli.az 

23 avqust 2013
GO BACK