Bakı şəhərinin sərnişin avtobusunda özbaşınalıq olub. İnsanların həyatı bahasına başa gələcək bu özbaşınalığı Milli.Az-ın əməkdaşı çəkib.
Avqustun 21-də saat 14 radələrində 193 saylı xətt avtobusunu 13-14 yaşlı uşaq idarə edirdi. Həmin şəxsin konduktor olduğunu və hərdən sürücüyə kömək etdiyini öyrəndik.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a bildirildi ki, qeyd olunan məsələ ilə bağlı tədbir görülməsi üçün aidiyyəti qurumlara məlumat veriləcək.
“Bakısərnişinnəqliyyat” Departamentindən Milli.Az-a bildirildi ki, məsələ ilə bağlı həmin xətt avtobusunun sahibkarı çağırılaraq işə aydınlıq gətiriləcək.
Mənbə: Milli.az