Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 1926 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Mənbə: Milli.az