Qadin.NET / Ən təhlükəsiz brauzer hansıdır?

Ən təhlükəsiz brauzer hansıdır?

Mobil və onlayn proqram təminatının sınaqdan keçirilməsi üzrə ixtisaslaşmış Kaliforniyanın “Sauce Labs” şirkəti ən təhlükəsiz brauzerlərin reytinqini hazırlayıb. Brauzerlərin üzərində 55 milyondan çox sınaq keçirilib və bundan sonra proqramın işində aşkar edilmiş səhvlərin sayı tərtib edilib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Internet Explorer” brauzeri başqaları ilə müqayisədə daha çox sıradan çıxıb: səhvlərin payı 0,25% təşkil edib. Müqayisə üçün, “Safari” brauzerində bu göstərici 0,15%, “Opera”da 0,125%, “Chrome”da 0,12% və “Firefox”da 0,11% olub.
“Firefox 22” ən təhlükəsiz brauzer elan edilib, onun işində nasazlıq, demək olar ki, qeydə alınmayıb. “Sauce Labs”ın reytinqində daha sonra “Chrome 27”, “IE10”, “Opera 12” və “Safari 6” brauzerləri qərarlaşıb.
"Chrome brauzerinin əksər versiyalarında aşkar edilmiş səhvlər o qədər azdır  ki, onlar qrafikdə əks olunmayıb. Eyni sözlər “Firefox” brauzerinin son versiyalarına da aiddir. Bu o deməkdir ki, “Chrome” və “Firefox” sabit məhsuldarlığa malikdir".
Mənbə: Milli.Az

 

22 avqust 2013
GO BACK