Qadin.NET / Günün ulduz falı - 23.08.2013

Günün ulduz falı - 23.08.2013

 

Günün ulduz falı - 23.08.2013
Qoç - aktiviliyinizi artırın, kənar təsirlərə müqavimət göstərin. Kimsə sürətlə irəliləyişinizə paxıllıq edə bilər. İradlar və incikliklər bəyan edilməyəcək, bədxahlarınızla rəqibləriniz sizi üstələməyə çalışacaq, yaşamınızı zəhərə döndərmək istəyəcəklər. Gələcəklə bağlı məqsəd və planları tərəfdaşlarla müzakirə etmək olar. Yeni ideyalara dərhal təkan verməyə tələsməyin. Yeni layihələr üçün informasiya və vasitələr toplayın.

Buğa - uğurlar və uğursuzluqlar seçdiyiniz yolun dürüstlüyünü aşkarlayır. Almaq və ya əldə etməklə müqayisədə paylaşmaq, vermək və güzəştə getmək önəmlidir. Yaxın insanlarla münasibətlərdə mövqelərinizi səbatlaşdırın. Hər şeyə sahiblənməyə can atmayın. Günün ikinci yarısında yarımçıq işi bitirin, etibar etdiyiniz insanla danışın, müəyyənliyə nail olun. Bitirdiyiniz işə görə ödəniş və ya mükafat alsanız belə, əhvalınız yaxşı olmayacaq. Romantik macəra gözləməyin, işlə məşğul olun. Xırdalıqlar və kiçik məsələlərə görə sinirlənməyin, ailə üzvlərinin tapşırıqlarını üsyanla qarşılamayın. Hətta mənfi təcrübədən də faydalanmağa çalışın.

Əkizlər
 - yaşamınızda hadisələr və informasiya yoxdur. Bəzi məqamlara sadə baxın, amma əsas süjet xətlərini nəzarətdə saxlayın. 

Dərhal yerinə yetirilə biləcək işi təxirə salmayın. Çünki yarımçıq qalan, təxirə salınan işin, ümumiyyətlə, baş tutmamaq ehtimalı var. 
Problemləri həll edərək irəliləyin. Sonra belə şans ələ düşməyəcək. Güzəştə getməli olacaqsınız. Bir məsələdə itirin ki, mühüm məqamda uğur əldə edə biləsiniz. Bəzi məqamları yaxın ətrafınızdakı insanlarla müqayisədə daha tez hiss edəcəksiniz. Bu da sizə hansı üstünlükləri əldə etdiyinizi anlamağa kömək edəcək. Görüş üçün səbəb gözlənilməz olacaq, ünsiyyət xoş keçəcək, pozitiv hisslər bəxş edəcək. Ümumi planlar müstəvisində münasibətlərin bərpası üçün uğurlu gündür.

Xərçəng
 - ətrafınızdakı insanların niyyət və əhvalına qarşı ifrat həssas olun. Münaqişəni dərhal çözün, kollektiv fəaliyyəti təşkil edin. 
Öz planlarınzı unutmayın. Yaradıcıdlıq və romantik təmaslara vaxtından artıq zaman ayırmayın. İşlərin çoxluğu və onları yerinə yetirmək məcburiyyətinin stressə səbəb olmaması üçün iş yerində qayda yaradın. Yüksək enerji dalğasından hansısa işdə sürətlə irəliləmək, tərəfdaşı da bu işə cəlb etmək və maraqlandırmaq üçün istifadə edin. İstənilən şəraitdən mənfəət əldə etməyə çalışın.

Şir - ailə və ev məsələləri ön plana çıxır. Ailə üzvlərindən biri ilə söhbətdən sonra planlarınızda köklü dəyişikliklər baş verə bilər. Əlavə işə, tələblərə və xahişlərə hazır olun. Heç bir yeni işə başlamayın, ötən həftədən qalmış işləri başa vurun. Sizin üçün mühüm tədbir və ya işlə, sifarişlə bağlı danışıqları axşam saatlarına saxlayın. Ətrafınızdakı insanlarla təmaslarda birmənalı olmayan motivlər və situasiyalar yarana bilər. Yaşamın bəlli mərhələsinin arxada qaldığını anlayın, yeni münasibətlər qurun. İnsanlar elə həmin insanlardır. Amma hisslər və motivasiya fərqlidir.

Qız
 - yaşamınızda informasiya axını artır. Vədlər də müxtəlif olacaq. Bütün bunlar fəaliyyətinizi ağırlaşdırır. Vaxtınız və maraqlarınıza müdaxilələrin qarşısını almağın yollarını arayın. İnternetdəki əlaqələri işə salın. Axtarışda fayda var. Şəxsi münasibətlərdə görüləcək işlərin bölüşdürülməsi və fəaliyyət azadlığı ilə bağlı fikir ayrılıqları, mübahisə və ya münaqişə istisna deyil. İşlə maraqlanın, hisslərə qapılmayın. Emosiyaların məntiqi üstələməsinə imkan verməyin.

Tərəzi 
- yaxın gələcəklə bağlı planlarınızı dəyişə biləcək hadisə baş verə bilər. Qəbul etdiyiniz qərarlar və verdiyiniz vədləri yerinə yetirmək məcburiyyətindəsiniz. Günün ilk yarısındakı görüşlərin praktiki xeyri var. Sizin üçün mühüm planları həyata keçirin, gərəkli məsafə saxlayın və nəticəyə nail olun. Evdə fiziki işdən çəkinməyin. Bu minvalla stressdən qurtular, orqanizminizi tonusda saxlaya bilərsiniz. Romantik macəraları təxirə salın. Poçtu yoxlayın, dəyişikliklər zərurəti hiss etdiklə yazışın. Baş verən hadisələri izləyin. Ailə üzvlərinin qayğılarına diqqətli olun.

Əqrəb
 - maraqlandığınız işi görmək və gərəkli insanla görüşmək üçün səhər saatlarından etibarən aktiv olun. 
Günlə bağlı xüsusi, əlahiddə planlarınız olmasın. Yaşamınızda dərinləşməni və təfərrüatlı işlənməni tələb edən situasiya varsa, bu gün zərurət yaranmış yerlərdə qayda yaratmaq üçün çox iş görə bilərsiniz. Mühüm işlərin siyahısı dəyişməz qalsa da, hadisələr istiqamət və emosional fonunu dəyişir. Axşam saatlarında maraqlı xəbər alacaqsınız. Dünyagörüşünüzü artırın, yeni məlumatlar almağa çalışın. Peşəkar fəaliyyət və perspektivlər barədə düşünün. Lakin ən sərfəli təkliflər belə, vaxtından əvvəl səslənə bilər. Yaşam arealını genişləndirin, maraqlı yerə yollanın, orada istirahət edin.

Oxatan - nəzərdə tutulan perspektivlər üçün həddən ziyadə mühüm gündür. İstiqamət və yönün dəyişməsi, kursun müəyyənləşdirilməsi mümkündür. Bir iş üçün başqa işdən imtina etmək, indiyədək reallaşdıra bilmədiyiniz işi uğurla bitirmək olar. Sizə faydalı ola biləcək insanlarla görüşə bilərsiniz. Həmfikirlə bir araya gəlmək, dostlarla ünsiyyət, sosial şəbəkələrdə yazışma üçün yaxşı gündür. Bütün tədbirdəri vaxt ehtiyatını nəzərə alaraq planlaşdırın. Gecikmə, rabitə sisteminin işində nasazlıqlar, anlaşma və razılaşmaların pozulması istisna deyil. Kimsə sizə yardım etmək istəyirsə, bu şansdan yararlanın.

Oğlaq
 - yeni qüvvə, ideya və dəstəklə dönəcəyiniz iş bu gün daha yaxşı nəticə verəcək. Son günlərədək sürətlə inkişaf edən işlərdəki "zəif həlqə" problemi həll olunmazsa, təxirəsalmalar və gecikmələr ola bilər. 
Bəzi situasiyalarda qəti qərar, niyyətlərdən imtina, vidalaşma, ayrılma ola bilər. Zərərli vərdişlə mübarizəyə başlamaq, pəhriz tutmaq, məşqləri bərpa etmək üçün yaxşı zamandır. Yaxın ətrafınızdakı insanlara müdriklik və səbriniz gərəkdir. Şəxsi həyatınızda çoxdankı rəğbət və əlaqələr ön plana çıxır. Nisgil ruhlu görüş üçün yaxşı vaxtdır.

Dolça
 - işlərinizin fasiləsiz axınını təmin edin. Yaşam sizi sərt çərçivələrdə saxlayır, fərqlilik və müxtəlifliyi arzulayırsınız. Şərtlərlə öhdəliklərin sərt təzyiqlərini hiss edəcəksiniz. 
Uğur və qələbələrinizin yaxın ətrafınızdakı insanlarda qıcıq yaratmaması, təhtəlşüur səviyyəsində müqavimətlə qarşılaşmamaq üçün təkliflərə qulaq asın, xahişləri yerinə yetirin. Hisslərinizə və əməllərinizə nəzarət etməsəniz, ətrafınızdakı insanları mühüm məsələnin həllinə səfərbər edə bilərsiniz. Axşam saatlarında yorğun olacaqsınız. Səhhətinizə fikir verin. Mühüm iş planlaşdırmayın, bir qədər tez yatın.

Balıqlar
 - planlarınız çoxdur və görəcəyiniz işləri dürüst bölün. İndi fəaliyyətinizi ən mühüm işlə məhdudlaşdırmayın. Niyyətinizi dəqiqləşdirin, bir işi yarımçıq qoyub başqasına başlamayın. Tərəfdaş və şərik də fəaliyyət sahəsini genişləndirmək istəyir. İşin əksər hissəsini yaxın ətrafınızdakı insanlar tərəfindən yerinə yetirilməsinə imkan verin. Onlara yardım edin, amma özünüzü yormayın. İzafi işlər yorğunluğa, əmək qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər. Daha bir əlavə işə başlasanız, yaxın gələcəkdə durumunuz ciddiləşə bilər. İş yerində qayda yaradın, fikirlərinizi nizamlayın. Günün ikinci yarısında yeni mövzuya ideya səviyyəsində yeni impuls verilə bilər. Tələsməyin, səbrli olun.
Mənbə: Milli.az
23 avqust 2013
GO BACK