Qadin.NET / Azərbaycanda 7 mindən artıq həkim sertifikasiyadan keçdi

Azərbaycanda 7 mindən artıq həkim sertifikasiyadan keçdi

Azərbaycanda 7 mindən artıq həkim sertifikasiyadan keçdi

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Nazir bildirib ki, 2011-ci ilin yanvar ayından tibb işçilərinin bütün dünyada qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılıb.
O.Şirəliyevin sözlərinə görə, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə yanaşı, 11 elmi-tədqiqat institutu və mərkəzi fəaliyyət göstərir. Bu böyük elmi potensiala malik olan elmi müəssisələrdə hazırda 2700 yaxın elmi işçi və müəllim heyəti, o cümlədən 12 nəfər Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 171 professor, 261 tibb elmləri doktoru, 1237 tibb elmləri namizədi fəaliyyət göstərir. Son 10 il ərzində səhiyyə sahəsində 120-dən artıq tibb elmləri doktorluğu və 600-dən artıq tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib.

 

Mənbə: Milli.az

22 avqust 2013
GO BACK