Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) oktyabr ayında keçiriləcək ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkil edir.
BMT İP-in Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, konfrans dörd gün davam edəcək. Tədbir Azərbaycan da daxil olmaqla, BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkənin 45 universitetinin tələbə və məzunlarını bir araya gətirəcək.
Konfransa hazırlıq çərçivəsində Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İP əməkdaşlarından ibarət nümayəndə heyəti 26-30 avqustda BMT-nin Nyu-york Qərargahına səfər edəcəklər
Mənbə: Milli.Az