Qadin.NET / TQDK abituriyentlərə xəbərdarlıq edib

TQDK abituriyentlərə xəbərdarlıq edib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul imtahanında iştirak edəcək abituriyentlərə xəbərdarlıq edib.
Komissiyadan Trend-ə verilən məlumata görə, avqustun 25-də ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu imtahanda şəkilsiz şəxsiyyət vəsiqəsi ilə (16 yaşı tamam olmayan abituriyentlər) iştirak edəcək abituriyentlər özləri ilə imtahana təhsil aldıqları məktəbin möhürü ilə təsdiq olunmuş şəkilli arayış da gətirməlidirlər.
Mənbə: Milli.Az 

22 avqust 2013
GO BACK