Qadin.NET / Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Dövlət Agentliyindən Trend-ə daxil olan məlumata görə, dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyildir: 
"Bununla əlaqədar bildiririk ki, 01:30 - 02:30 (gecə) radələrində reqlamentə uyğun olaraq aparılan profilaktik tədbirlərlə əlaqədar dövlət saytlarına giriş müvəqqəti məhdudlaşdırılmışdır. Profilaktik tədbirlər qurtardıqdan sonra saytların işi bərpa olunub və təhlükəsizliyi yüksək standartlara uyğun təmin olunur".
Mənbə: Milli.Az  

22 avqust 2013
GO BACK