Qadin.NET / Bakıda yeni metro stansiyasının tikintisinə başlandı

Bakıda yeni metro stansiyasının tikintisinə başlandı

 Bakıda yeni metro stansiyasının tikintisinə başlandı

Bakıda “Xətai-Həzi Aslanov-2” metro stansiyasının tikintisinə start verilib
Metropolitenin perspektiv inkişaf planının yerinə yetirilməsi üzrə yaxın 5 ili əhatə edən dövlət proqramının tərkib hissəsinə çevrilmiş “Yaşıl xətt”in "Xətai-Həzi Aslanov-2" sahəsində sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdırıb.
Metropolitendən APA-ya verilən məlumata görə, "Azərtunelmetrotikinti"nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas tikintini Azərbaycandakı tərəfdaşı "Akkord"un vasitəçiliyi ilə Fransanın "Buiq" və Ukraynanın "İnterbudmontaj" şirkətləri yerinə yetirirlər.
“Xeyli müddət bu sahədə tikintinin başlanması ilə bağlı səylərimiz, nəhayət ki, bəhrəsini verib. Bu istiqamətdə qatarların hərəkəti təmin edilməyincə mövcud xətlərdəki hərəkət natamam olaraq qalacaqdı. İlkin araşdırmalardan və tədqiqatlardan sonra əsas planı müəyyənləşdirən şirkətlər konkret fəaliyyət planı üzrə fəaliyyətə başlayıblar”,- deyə idarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəisi Arif Rəsulov bildirib.
Qeyd edək ki, bu istiqamətdə keçəcək tunellərin bir qismi ağır hidrogeoloji şəraitdə, digəri isə qrunt sahədə yerləşəcək. Arif Rəsulov qeyd edib ki, hər iki şirkət burada yeni tunelqazma avadanlığı tətbiq edəcək. "Buiq" Y-15-dən "Xətai" stansiyası istiqamətində iki hidroyüklü qazma maşını ilə hərəkət edəcək. "İnterbudmontaj" isə "Həzi Aslanov-2" istiqamətində qrunt yüklü iki maşın tətbiq edəcək. İnşaat işlərinin sürətini artırması, məhdud sahədə çalışan şirkətlərin də maraqları ilə üst-üstə düşür.
Artıq Y-15 stansiyasının yerləşəcəyi Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun ərazisində start kamerasının özül çalasında dəmir və boru beton svayların vurulmasına başlanılıb. Artıq bu sahədə yerləşəcək hər üç metro stansiyasının yeri də tam dəqiqləşdirilib və müvafiq səlahiyyətli dövlət və özəl təşkilatlarla razılaşdırılaraq, texniki pasportu da alınıb. Hər üç stansiya Nobel prospektində yerləşəcək. Yaşıl xəttin "Xətai"dən sonrakı ilk yeraltı dayanacağı "Ağşəhər" layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı avtomobil zavodunun ərazisində olacaq.
Mənbə: Milli.Az 

22 avqust 2013
GO BACK