Qadin.NET / ""Qarabağ" "Eintracht"ı keçə bilməsə..."

""Qarabağ" "Eintracht"ı keçə bilməsə..."

“Sumqayıt”ın müdafiəçisi Samir Abasovun azerisport.az saytına müsahibəsi
- Üç il öncə siz “Qarabağ”ın heyətində Avroliqanın pley-off mərhələsi çərçivəsində Dortmund “Borussia”sı ilə oyunların iştirakçılarından olmusuz. Sabiq klubunuz indi yenə oxşar mərhələdə Almaniyanın “Eintracht” klubu ilə üz-üzədir. Şansları necə qiymətləndirirsiz?
- Maraqlı qarşılaşma olacaq. Bu iki komanda arasında yeganə oxşar cəhət Almaniyanı təmsil etmələridir. Qalan bütün komponentlərdə “Borussia” “Eintracht”ı üstələyir. Üç il öncə bizə çox çətin idi. Elə atmosferdə oynamaq heç də asan deyildi. “Eintracht” “Borussia”dan nə qədər zəif olsa da, yenə də Almaniya klubudur və “Qarabağ”a çox çətin olacaq. Baxmayaraq ki, bu komanda yeni mövsümə pis başlayıb, Bundesliqanın startında iki məğlubiyyətlə üzləşib. Bu üzdən rəqib düşərgədə vəziyyət o qədər də yaxşı deyil.
- Siz düşünmürsüz ki, həmin məğlubiyyətlər bu komandanı daha da toparlanmağa və “Qarabağ”a qarşı diqqətli oynamağa məcbur edəcək?
- Əksinə, bunu komandamız üçün müsbət hal sayıram. Ola bilər ki, bu amil onlara ev oyununda kömək etsin. Bu üzdən də komandamız Bakıdakı ilk oyunda mütləq uğurlu nəticəyə nail olmalıdır.
- İlk oyundan nə gözləyirsiz?
- Ümid edirəm ki, Ağdam klubunun legionerləri belə oyunlara hazırdırlar. Onları buraya məhz onun üçün çağırıblar. Bütün məsuliyyət onların üzərinə düşəcək. Həmin legionerlərin yoxluğunda da komanda daxili yarışlarda uğur qazana bilirdi. Onlar isə məhz belə oyunlarda lazımdılar. Ümumiyyətlə düşünürəm ki, “Qarabağ”ın futbolçuları rəqibdən çəkinməməlidilər.
- “Eintracht” hazırda Bundesliqanın ən zəif klublarından biri hesab olunur. Əgər “Qarabağ” bu komandanı keçə bilməsə, tənqid olunmalıdır?
- Yadıma gəlir, bir neçə il öncə Azərbaycan yığması da “Eintracht” ilə qarşılaşmışdı 
və 0:1 hesabıyla uduzmuşdu. Onlarla oynamaq olar. Qorxmaq lazım deyil. Onsuz da mən indi desəm ki, tənqid olmamalıdır, siz yenə də nəsə olsa, yazacaqsız. Amma şəxsən mənə elə gəlir ki, əgər komanda bu rəqibini keçə bilməsə, günahkar legionerlər olacaq.
- “Sumqayıt”ın Premyer Liqanın son turunda “Qəbələ” ilə oyunu böyük səs-küyə səbəb oldu. Siz bu oyundakı mübahisəli epizodlar barədə nə düşünürsüz?
- Hakimliyin o dərəcədə də bərbad olduğunu düşünmürəm. Ola bilsin ki, hakim nələrisə görməsin. Onda “Xəzər Lənkəran” nə etməlidir ki, “Qarabağ”la oyunda qapılarına heç nədən penalti təyin olundu?
- “Qəbələ” isə sizinlə oyunda komanda yoldaşınızın cərimə meydançasında əllə oynadığını və qapınıza penalti təyin edilməli olduğunu düşünür...
- Onlar bunda haqladılar. Mən də bunu hələ stadionda olarkən gördüm. Amma hakim əllə oyunu görməyibsə, nə etmək olar? Mən ehtiyat oyunçular skamyasından durub qapımıza penalti təyin olunmasını tələb etməliydim? Futbolda nə qədər belə hallar olub, bundan sonra da olacaq. Digər tərəfdən əgər “Qəbələ” bu qədər güclüdürsə, qələbə qazanmağa, digər epizodlarda qol vurardı. Təyin olunmayan hansısa penalti onlara qələbə gətirəsi deyildi.
Mənbə: Milli.Az

22 avqust 2013
GO BACK